Ronald Kumanı istefaya göndərən “Barselona” rəhbərliyi Xavini kluba gətirməkdə hələ də problem yaşayır.

Bəzi mənbələr 41 yaşlı mütəxəssisin təyinatının noyabrın 8-də açıqlanacağını yazsa da, Qətər klubunun rəsmiləri vəziyyətlə barışmaq istəmir. Məsələ ondadır ki, körfəz təmsilçisi “Barselona”dan Xaviyə görə 1 milyon avro təzminat haqqı tələb edir. Kataloniyalılar bir müddət bu məbləği ödəməkdən imtina etsə də, sonradan buna da razılaşıb. Amma mətbuata açıqlama verən “Əl-Sədd”in baş direktoru Turki Əl-Ali kəskin açıqlamaları ilə diqqət çəkib. O, Xavi ilə əməkdaşlığa davam etmək istədiklərini və belə vəziyyətdə onunla vidalaşmayacaqlarını söyləyib.